Tramp: "İŞİD-in izi-tozu da qalmayacaq"

Tramp: "İŞİD-in izi-tozu da qalmayacaq"

Donald Tramp prezident seçiləciyi halda İŞİD-ə qalib gələcəyini bəyan edib.

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, mütəmadi öz səs-küylü çıxışları ilə KİV-lərdə adı hallanan milyarder növbəti çıxışın edib.

"Biz İŞİD-ə qalib gələciyik, onun izi-tozu da qalmayacaq", - deyən Tramp Lyuisvilldə tərəfdarları qarşısında çıxış edib. Bundan öncə Donald Tramp hazırki ABŞ prezidentini axmaqlıqda ittiham edib. Prezidentliyə namizəd Barak Obamanın eyni anda həm Bəşər Əsəd, həm də İŞİD-ə qarşı mübarizə aparmağını mənasız addım adlandırıb. Trampın fikrincə, onların hər biriylə ayrı-ayrılıqda mübarizə aparmaq lazımdır.

0
26