Brüssel terrorçusunun qardaşı Avropa çempionu olub

Brüssel terrorçusunun qardaşı Avropa çempionu olub

Belçika aeroportuna hücumda iştirak edən terrorçu Nacim Laşraulin qardaşı taekvando üzrə Avropa çempionu olub.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, Murad Laşraul qızıl medalı İsveçrənin Montre şəhərində keçirilən yarışda qazanıb.

Məlumata görə, 21 yaşlı Murad 54 kiloqram çəki dərəcəsində qalib gəlib. O, finalda İspaniya idmançısı Xesusa Tortos üzərində qələbə qazanıb.

Onların arasında final döyüşü may ayının 19-da keçirilib.

0
17