Klaudio Ranyeri ali dövlət ordeni ilə təltif edildi

Klaudio Ranyeri ali dövlət ordeni ilə təltif edildi

İtaliyalı məşqçi Klaudio Ranyeri yüksək dərəcəli dövlət mükafatı ilə təltif edilib.

Apasport.az saytının “La Gazetta dello Sport”a istinadən məlumatına görə, “Lester”lə İngiltərə çempionu olan və Premyer Liqanın ən yaxşı baş məşqçisi seçilən Ranyeri III dərəcəli “İtaliya Respublikası qarşısında Xidmətlərinə görə” (yüksək zabit) ordeninə layiq görülüb.

64 yaşlı mütəxəssis daha əvvəl vətənində “Kalyari”, “Napoli”, “Fiorentina”, “Roma” və “İnter”də işləyib.

0
16