Hindistanda avtobus dərəyə düşdü: 15 ölü, 30 yaralı

Hindistanda avtobus dərəyə düşdü: 15 ölü, 30 yaralı

Hindistanda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində 15 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin şimalındakı Himaçal-Pradeş ştatında qeydə alınıb.

Yeddi nəfərin hadisə yerində öldüyü, xəsarət alanların xəstəxanaya çatdırıldığı bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, avtobus hərəkətdə olarkən mobil telefonla danışan sürücü idarəetməni itirib.

0
26