Neft ucuzlaşır

Neft ucuzlaşır

Hərracların son nəticələri.

Dünya bazarlarında neftin qiyməti Baker Hughes şirkətinin ABŞ-ın neft-qaz sənayesində ötən həftə buruqların sayının dəyişilməməsi barədə məlumatları fonunda ucuzlaşmağa başlayıb, Oxu.Az hərraclara istinadən xəbər verir. 

Mayın 20-si axşam saatlarına olan məlumata əsasən, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,23% azalaraq 48,7  dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 0,39% ucuzlaşaraq 48,47 dollar təşkil edib.

0
17