“Qarabağ”ın çempionluq kuboku - FOTO

“Qarabağ”ın çempionluq kuboku - FOTO

“Xəzər Lənkəran” klubu tarixində ilk dəfə I Diviziona enib.

Bu gün Topaz Premyer Liqasında 2015/16 mövsümünə yekun vurulub.

Oxu.Az xəbər verir ki, bu keçirilən sonuncu XXXVI turdan sonra çempionatın bütün medalçıları müəyyənləşib.

Turnir cədvəlinin sonuncusunun kimliyi “Rəvan” və “Xəzər Lənkəran” matçında müəyyən edilib. Görüş 2:2 hesabı ilə başa çatıb. Bununla da “Rəvan” elitada qalmağa nail olub. 

“Qəbələ” Gəncədə “Kəpəz”i minimal hesabla məğlub edərək çempionatı üçüncü pillədə başa vurub.

“İnter” isə eyni hesabla evdə mövsümün gümüş medalçısı “Zirə”dən üstün olub.

“Neftçi” səfərdə “Sumqayıt”la qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

Günün sonuncu matçında çempion “Qarabağ” AZAL-ın qapısından 3 cavabsız top keçirib. 

Beləliklə, Topaz Premyer Liqasının 2015/16 mövsümünün qalibi “Qarabağ”, gümüş mükafatçı “Zirə”, üçüncü pillənin sahibi isə “Qəbələ” olub.

Növbəti mövsüm Azərbaycanı Avrokuboklarda “Qarabağ” (Çempionlar Liqası), “Kəpəz”, “Qəbələ” və “Neftçi” (hər üçü Avropa Liqası) təmsil edəcəklər.

0
15