Sarkisyan Baydenlə Qarabağı müzakirə edib

Sarkisyan Baydenlə Qarabağı müzakirə edib

Telefon danışığı baş tutub.

Ermənistan prezidenti Serj Sarkisyan mayın 20-də telefon danışığı zamanı ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər.

“Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada əldə olunmuş razılaşmaların tam və səmərəli həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb”, - məlumatda deyilir. 

Qeyd olunur ki, telefon danışıqğı zamanı tərəflər münaqişənin ATƏT-in Minsk qrupunun vasitəçiliyi çərçivəsində yalnız sülh yolu ilə həllinin mümkünlüyünə dair həmrəy olduqlarını vurğulayıblar.

0
29