Azərbaycan və Türkiyənin sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

Azərbaycan və Türkiyənin sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

Dövlət başçısı bir sıra sənədləri təsdiq edib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi təsdiq edib.

Oxu.Az-ın məlumatına görə, dövlət başçısı həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında” 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Protokolu təsdiq edib.

0
21