Berdıməhəmmədov Azərbaycan prezidentini təbrik edib

Berdıməhəmmədov Azərbaycan prezidentini təbrik edib

Türkmənistan prezidenti dost Azərbaycan xalqına sülh, tərəqqi və rifah arzu edib.

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

Oxu.Az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və Zati-alinizin şəxsində ölkənizin dost xalqına ən səmimi təbriklərimi çatdırmağı özümə şərəf sayıram. 

Ölkələrimiz arasında yaranmış qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsini qeyd etmək istərdim. 

Qəti əminəm ki, bu münasibətlər Türkmənistanın və Azərbaycanın dost xalqları naminə bundan sonra da durmadan inkişaf edəcək və möhkəmlənəcək. 

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, dost Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzu edirəm”.

0
19