Azərbaycan XİN başçısı Brüsseldə iclasda iştirak edəcək

Azərbaycan XİN başçısı Brüsseldə iclasda iştirak edəcək

İclas mayın 23-də keçiriləcək.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Belçikaya səfər edəcək. 

Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazir mayın 23-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. 

Sözügedən iclasda Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

0
35