Aktyor ofisiant qıza görə öldü

Aktyor ofisiant qıza görə öldü

Mübahisə dava ilə nəticələnib.

Aktyor Andrey Maltsev Moskva ətrafında yerləşən Elektroqorskda restoranların birində qız üstündə davada ölüb.

Oxu.Az Rusiya KİV-nə istinadla xəbərinə görə, aktyor kafelərin birində istirahət etdiyi zaman, orada çalışan ofisiant qızlardan biri guya ki, aktyorun onu itələməyindən şikayətlənib.

Şikayət etdiyi adamlar qızı qorumaq məqsədi ilə aktyora irad bildiriblər. Dava ilə nəticələnən mübahisə zamanı Maltsovu yerə yıxıb başından zərbələr vurublar.

Aktyor kəllə-beyin travmasından ölüb.

Aktyorun vəfat etməsi haqqında məlumat mayın 20-nə keçən gecə yayılıb. 

Aytən Sadıqzadə

0
15