Kral Salman İlham Əliyevi təbrik etdi

Kral Salman İlham Əliyevi təbrik etdi

“Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik”.

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Məscidin Xadimi Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan təbrik məktubu alıb.

Oxu.Az-ın xəbərinə görə, məktubda deyilir:

“Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. 

Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik”.

0
72