Türkiyədə deputatların toxunulmazlığı ləğv edilə bilər

Türkiyədə deputatların toxunulmazlığı ləğv edilə bilər

Qanun prezidentin imzalamasından sonra qüvvəyə minəcək.

Türkiyə Parlamenti bir sıra deputatların toxunulmazlığının ləğvi haqqında qanun layihəsini təsdiqləyib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, qanun layihəsini qanunvericilərin əksəriyyəti dəstəkləyib və qanun referenduma ehtiyac olmadan qəbul olunmuş sayılıb.

Qanun prezidentin imzası və “Rəsmi qəzet”də dərc olunduqdan sonra qüvvəyə minəcək.

0
8