Məktəblilər Röya Ayxanla görüşdülər – FOTO

Məktəblilər Röya Ayxanla görüşdülər – FOTO

Vaqif Gərayzadənin görüşdə iştirak etməsi yaddaqalan məqamlardan biri olub.

Mayın 19-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə H.Sarabski adına Mədəniyyət evi Ə.Bədəlbəyli adına 23 nömrəli musiqi məktəbində “Bizim Evin Qonaqları” rubrikası çərçivəsində əməkdar artist, tanınmış estrada ulduzu Röya Ayxanla görüş keçirilib.

İdarədən Oxu.Az-a verilən xəbərə görə, tədbir öncəsi tanınmış mügənni media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb. Sonra “Ona nə var ki?” adlı mahnısının sədaları altında səhnəyə çıxan Röya, fanatlarının sevgisi və alqışlarıyla qarşılanıb.

Çoxsaylı pərəstişkarının iştirak etdiyi görüşdə Nuranə Axundova aparıcılıq edib. Röya ən sevilən hitlərini səsləndirib, tamaşaçıların suallarını cavablandırıb.

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Vaqif Gərayzadənin görüşdə iştirak etməsi yaddaqalan məqamlardan biri olub. Müəlliminin sənətinə verdiyi bu yüksək dəyər mügənnini duyğulandırıb.

Canlı ifası,səmimi söhbətləri ilə Roya Ayxanla görüş 2 saat davam edib. Sonda muğənni təşkilatçılara öz minnətdarlığını bildirib və tədbiri  xalq artisti, bəstəkar Faiq Sücəddinovun “Vətən” mahnısıyla yekunlaşdırıb.

Aytən Sadıqzadə

0
11