“Mənim Qəhrəmanım”ın təqdimatı oldu - VİDEO

“Mənim Qəhrəmanım”ın təqdimatı oldu - VİDEO

Şəhidlərə həsr olunur.

Ötən gün Rəşid Bebudov adına Mahnı Teatrında “Mənim Qəhrəmanım” adlı layihənin təqdimatı keçirilib.

Oxu.Az xəbər verir ki, sosial çarx 2016-cı ilin aprelində Ermənistan Silahlı Qüvvələrinin hücumlarının qarşısını alarkən şəhid olmuş  Azərbaycan Ordusunun şəxsi heyətinə həsr olunub.

Nail Naiboğlunun rejissorluğu ilə hazırlanan ekran işinin ssenari müəllifli Elnurə Nağıyeva, ideya müəllifi isə Mahirə Əsədovadır.

Layihənin hazırlanmasında həmçinin Emin Hüseynov, Sahib Cumayev, Sərdar Əsədzadə, Emil Fərman, Yavər Hüseynbəyov da iştirak ediblər.

0
47