PKK kəndə hücüm etdi: 1 ölü, 8 yaralı

PKK kəndə hücüm etdi: 1 ölü, 8 yaralı

Türkiyədə PKK- kəndə hücum edib.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Mardinin Artuklu kəndinə hücum çəkərək bir müddət kəndin icra nümayəndəsi olan Kazım Kıvrakı öldürüb.

Hadisədən sonra kəndə təcili yardım və hərbi qüvvələr gəlib. PKK-çılar kənddən çıxarkən yola mina basdırıblar.

Bu zaman əsgərlərin olduğu avtobus partlayıb. Nəticədə 8 əsgər ağır yaralanıb. Onlar Mərkəzi xəstəxanaya köçürülüb.

Həmin PKK-çıların saxlanması ilə bağlı araşdırma başlanıb.

0
10