Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

“Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı düşüb”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyri-sabit hava şəraitinin mülayimləşəcəyi vaxtı açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Oxu.Az-a bildirib ki, mayın 20-də gecə saatlarından başlayaraq paytaxt və yarımadada güclü şimal-qərb küləyi səngiyəcək.

O bildirib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı düşüb: 

“Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Sabahdan başlayaraq şimal-qərb küləyi mülayim şimal küləyi ilə əvəzlənəcək”.

Gülşad Məmmədova qeyd edib ki, bölgələrdə də qeyri-sabit hava şəraiti davam edir. 

“Bölgələrdə mayın 21-də gündüz, eləcə də mayın 22-ə yağmursuz hava şəraiti müşahidə olacaq. Temperatur 3-5 dərəcə yüksələcək”.

Elvin Əhmədov

0
11