“Beastie Boys” qrupunun keçmiş üzvü öldü

“Beastie Boys” qrupunun keçmiş üzvü öldü

Gitaraçı qrupdan 1982-ci ildə gedib.

“Beastie Boys” qrupunun yaradıcılardan biri, Con Berri Massaçusetsdə, 53 yaşında dünyasını dəyişib. O, xroniki xəstəlikdən əziyyət çəkirdi.

Oxu.Az xəbər verir ki, bu barədə “Rolling Stones” jurnalı məlumat yayıb.

Berri “The Young Aborigines” hardrkor pank kollektivin üzvü olub. Gitaraçı “Polly Wog Stew” plastinkasının yazılmasında iştirak edib. Gitaraçı qrupdan 1982-ci ildə gedib.

“Beastie Boys” qrupunun yekun tərkibinə Maykl Daymond (Mike D), Adam Xorovits (Ad-Rock), Adam Yauxa (2012-ci ildə vəfat edib) daxil idi. Qrup 1980-1990-cı illərin rep-səhnənin iştirakçılarından yalnız pank keçmişləri ilə deyil, həm də qeyri-avropa mənşələri ilə də seçilirdilər. Bundan başqa onların hər üçü vegeterian idi.   

Aytən Sadıqzadə

0
15