Moskva: Azərbaycan bizim müttəfiqimiz deyil

Moskva: Azərbaycan bizim müttəfiqimiz deyil

“Çoxları mühüm olan detallara varmır”.

Rusiya və Ermənistan arasında münasibətlər müttəfiq münasibətləridir, amma Azərbaycan ilə olan münasibətləri biz strateji tərəfdaşlıq kimi xarakterizə edirik.

Oxu.Az “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Moskvada erməni jurnalistləri ilə söhbət zamanı Rusiya Xarici işlər Nazirliyinin MDB ölkələrinin Dördüncü Departamentinin direktoru Aleksey Pavlovski bəyan edib.

“Hər iki söz yetərincə aydındır. Tərəfdaşlıq bizim qarşılıqlı fəaliyyət göstərdiyimizi, strateji isə bu qarşılıqlı fəaliyyətin uzun müddətli xarakter daşıdığını bildirir. Rusiya-Azərbaycan münasibətlərinin əsasını təşkil edən obyektiv amillər aydındır: coğrafi yaxınlıq, iqtisadi əlaqələr, Rusiyada nəhəng Azərbaycan diasporunun olması - bunları biz strateji tərfdaşlıq adlandırırıq.

Hərbi-siyasi ittifaqımız, qarşılıqlı yardım haqqında, o cümlədən də hərbi yardım haqqında bir sıra müqavilələrimiz olan Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyanın müttəfiqi deyil”, - Pavlovski qeyd edib.

Diplomatın sözlərinə görə, fərq məhz bundadır, Ermənistan və Azərbaycan ilə münasibətlərə eyni səviyyədə baxıldığını demək düzgün deyil.

“Əlbəttə, mühüm olan detallara çoxları varmır”, - Ruisya XİN nümaynədəsi Rusiyanın baş nazirinin müavini Dmitri Roqozinin, erməni cəmiyyətində heç də birmənalı qarşılanmayan, Azərbaycanın Rusiya ilə  starteji müttəfiq olmasına dair bəyanatının kontekstində bildirib.

0
19