Sarkisyan dustaqları Qarabağa göndərir

Sarkisyan dustaqları Qarabağa göndərir

Yalnız gənc insanlar azad olunublar.

Ermənistan “Vardaşen” həbsxanasında saxlanılan altı dustaq ölkə prezidenti Serj Sarksiyan tərəfindən əvf olunaraq, hərbi xidmət keçmək üçün işğal olunmuş Qarabağa göndərilib.

Oxu.Az xəbər verir ki, bu barədə 1in.am saytı məlumat yayıb. 

Bildirilir ki, “Vardaşen”də saxlanılan bir çox insan əfv olunmaq üçün Sarkisyana müraciət etsələr də, yalnız ən gənc olanları azadlığa buraxılıb.

Ermənistan Ədliyyə Nazirliyinin İslahedici müəssisələr idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən isə bildiriblər ki, Serj Sarkisyanın 15 may fərmanı ilə 8 nəfər dustaq əfv olunub.

0
11