İlanla selfi çəkdirmək istədilər, xəstəxanalıq oldular

İlanla selfi çəkdirmək istədilər, xəstəxanalıq oldular Omsk şəhərinin iki sakini ilanla selfi çəkdirmək istədikləri zaman bəlaya düşüblər.      Belə ki, ilan bu şəxslərin hər ikisini sancıb və onları xəstəxanaya aparmağa məcbur olublar. Selfi eşqinə düşənlərin ikisi də balıqçı olub. Həkimlərin müdaxiləsindən sonra balıqçıların durumu düzəlib. Zərərçəkənlər bildiriblər ki, əslində onlar ilanı balıqla qarışıq saldıqları üçün(!) bu aqibətlə üzləşiblər. Lenta.ru saytı xatırladır ki, bu, heyvanlarla selfi çəkdirmək istədiyi zaman insanların xəstəxanaya düşdüyü ilk hal deyil.        Belə ki, ötən ilin yayında Krasnodar vilayətindəki çimərlikdə kobra ilə selfi çəkdirmək istəyən qadını ilan vurması hadisəsi ciddi səs-küy yaratmışdı.
0
12