Ticarət mərkəzində partlayış: 13 yaralı

Ticarət mərkəzində partlayış: 13 yaralı İndoneziyanın paytaxtı Cakartada ticarət mərkəzində qaz partlaması nəticəsində 13 nəfər xəsarət alıb.     Musavat.com xəbər verir ki, bu barədə “Jakarta Post” qəzeti məlumat yayıb. Məlumata görə, hadisə şəhərin cənub hissəsində baş verib. Partlayış “Gandaria City Mall” ticarət mərkəzinin aşağı mərtəbəsində baş verib.     Yerli polisin məlumatına görə, partlayışda 13 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar və onlardan yeddisinin vəziyyəti ağırdır.
0
18