“EgyptAir” itmiş təyyarənin qalıqlarının aşkar edildiyini təsdiqlədi

“EgyptAir” itmiş təyyarənin qalıqlarının aşkar edildiyini təsdiqlədi

“Biz qalıqları aşkar etdik”

Misirin “EgyptAir” aviaşirkəti itmiş təyyarənin qalıqlarının aşkar edildiyini təsdiqləyib.

Oxu.Az-ın məlumatına görə, bunu CNN telekanalına müsahibəsində aviaşirkətin vitse-prezidenti Əhməd Adel bildirib.  
 
“Biz qalıqları aşkar etdik”, - deyə o bildirib. 

Bundan əvvəl Yunanıstanın Karpatos adası yaxınlığında təyyarənin qalıqlarının aşkarlandığı bildirilmişdi. Lakin bu məlumat rəsmi təsdiqini tapmamışdır.  

0
19