Həbsdə olan sabiq milli təhlükəsizlik nazirindən xəbər var

Həbsdə olan sabiq milli təhlükəsizlik nazirindən xəbər var

Vəli Ələsgərovun saxlanma şəraiti normaldır.

Vəkil Tofiq Allahverdiyev Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovla görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya məlumat verən T. Allahverdiyev bildirib ki, Naxçıvan Muxtar Respublikasında Penitensiar xidmətin istintaq təcridxanasında saxlanılan V. Ələsgərovun saxlanma şəraiti normaldır, hər hansı şikayəti yoxdur.

T. Allahverdiyev V. Ələsgərovun barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə qərardan apellyasiya şikayəti verəcəklərini də deyib.

Qeyd edək ki, V. Ələsgərov bir müddət əvvəl Naxçıvanda həbs edilib. Daha sonra barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bir neçə gün əvvəl isə məhkəmənin qərarı ilə barəsində yenidən həbs-qətimkan tədbiri seçilib.

O, vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda və digər cinayətlərdə ittiham olunur.

Onu da qeyd edək ki, V. Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.

0
19