Azərbaycan təyyarəsinin qəzaya uğramasına səbəbi açıqlandı

Azərbaycan təyyarəsinin qəzaya uğramasına səbəbi açıqlandı

Arif Məmmədov açıqlama verib.

Azərbaycanın “SilkWay” şirkətinə məxsus An-12 yük təyyarəsinin Əfqanıstanda maneəyə dəyərək qəzaya uğradığı açıqlanıb.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının rəisi Arif Məmmədov bu gün keçirdiyi brifinqdə bildirib.
 
O, təyyarənin hansı maneəyə dəyməsi ilə bağlı araşdırma aparıldığını deyib.
 
Qeyd edək ki, mayın 18-də “SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.
 
Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub. Hadisə zamanı sağ qalan 2 nəfər Ukrayna vətəndaşıdır.
 
Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb. Komissiya artıq Əfqanıstana yola düşüb.

0
17