>Lvovda azərbaycanlı və ermənilər barışdılar

>Lvovda azərbaycanlı və ermənilər barışdılar

“Məsələ həll edilib”.

Mayın 19-da Ukraynada Ermənistan və Azərbaycan icmalarının rəhbərləri mayın 16-da baş vermiş hadisəni müzakirə etmək üçün görüşüblər.  

Oxu.Az xəbər verir ki, bu barədə “Novosti Armenii” NEWS.am-ın müxbirinə Ukrayna erməni icmasının rəhbəri Nikolay Koçaryan bildirib.

“Görüşdülər, barışdılar. Gələn həftə problemləri müzakirə etmək üçün görüşmək niyyətindədirlər. Hazırda hər şey yaxşıdır”, - Nikolay Koçaryan əmin edib.

Xatırladaq ki, mayın 12-15 may tarixlərində Lvovda kunq-fu üzrə Avropa birinciliyi keçirilirdi. Azərbaycanlı və erməni idmançısının görüşü zamanı arenaya “Dağlıq Qarabağ Respublikası”nın separat rejiminin bayrağı gətirilib.  

Bundan dərhal sonra erməni və azərbaycanlılar arasında kütləvi dava düşüb.

0
14