Sibel Canın anası ilə arasında 5 yaş fərq var

Sibel Canın anası ilə arasında 5 yaş fərq var

Hakim üsyankar çıxış edib.

31 il əvvəl yaşını 6 il böyüdən müğənni Sibel Can, əvvəlki təvəllüdünə geri dönmək üçün məhkəməyə müraciət edib.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, İstanbul Asliye Hüquq Məhkəməsində ilk prosesə Sibel Canın dayısı Ünal Babacan da qatılıb.

Məhkəmədə şahid qismində dinlənilən Babacan, Sibel Canın o dövrdə “Maksim Kazinosu”nda səhnəyə çıxması üçün ailəsinin onun yaşını böyütməyə məcbur olduğunu deyib:

“Şikayətçinin 1970-ci il doğumlu olduğunu qətiyyələ bilirəm. Yaşı kiçik olduğu üçün qanuni olaraq səhnəyə çıxması qadağan idi. Ailəsi doğum tarixini 1964-ci il olaraq düzəltdirmişdi”.

Hakim “Sibel Canın anasıyla arasında 5 yaş fərq var. İllər əvvəl bu necə düzəldiblər?”,- deyə üsyankar çıxış edib.

Sibel Canın ibtidai məktəb sənədlərinin məhkəməyə təqdim edilməsi üçün iddia təxirə salınıb.

Aytən Sadıqzadə

0
28