Məmmədyarov və Desir Ermənistan-Azərbaycan münaqişəsi müzakirə etdilər

Məmmədyarov və Desir Ermənistan-Azərbaycan münaqişəsi  müzakirə etdilər

“Münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesi tam bərpa olunmalıdır”.

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Fransaya işgüzar səfəri çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir tərəfindən qonağın şərəfinə Fransa XİN-də işçi nahar təşkil edilib.

Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Məlumata əsasən, söhbət zamanı tərəflər Vyanada keçirilmiş Ermənistan-Azərbaycan münaqişəsinə dair yüksək səviyyəli görüşün nəticələri haqqında fikir mübadiləsini davam etdirib. 

Onlar  münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tezliklə tam bərpa edilməsinin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə atıla biləcək növbəti addımlar barəsində müzakirələr aparıb.

Tərəflər həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparıb. 

Fransa tərəfi bu münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, bu məsələdə Azərbaycana lazımı dəstək verəcəyini vəd edib.

0
17