Səkkiz həmkarını öldürən əfqan polis “Taliban”a qoşuldu

Səkkiz həmkarını öldürən əfqan polis “Taliban”a qoşuldu

Hadisə Kalat şəhərinin nəzarət-keçid məntəqəsində baş verib.

Əfqanıstanlı polis səkkiz həmkarını güllələdikdən sonra maşın qaçıraraq gizlənib.

Oxu.Az “Associated Press”ə istinadən xəbər verir ki, hadisə Zabul vilayətində Kalat şəhərinin nəzarət-keçid məntəqəsində baş verib. Vilayətin polis rəisinin müavini Qulam Calani Farahi cinayətkarın silahlı olduğunu bəyan edib.

“Taliban”ın nümayəndəsi Kari Yusuf öz növbəsində, hərəkatın hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib və həmkarlarına atəş açan polisin təşkilatın bölüklərindən birinə qoşulduğunu deyib.

Əsgər və polislərə öz həmkarları tərəfindən hücumlar tez-tez baş verir. Belə ki, 2016-cı ilin mart ayında Qəndaharda yeddi polis, hüquq-mühafizə orqanlarının sıralarına yol tapmış “Taliban” üzvü olan həmkarları tərəfindən güllələnmişdi.  

0
15