Telman İsmayılovun müflisləşməsi haqqında işi təxirə düşdü

Telman İsmayılovun müflisləşməsi haqqında işi təxirə düşdü

Əvvəlki iclasda kreditorların və borclu olduğu adamların siyahısının gətirilməsi tələb edilib.

Moskva vilayətinin Arbitraj Məhkəməsi Çerkizovski bazarının keçmiş sahibi, AST şirkətlər qrupunun yaradıcısı, biznesmen Telman İsmayılovun öz iflası barədə iddiasına baxılmasını iyunun 16-na təxirə salıb.

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Məhkəmə vətəndaş Boris Zubkovun iddiası əsasında T.İsmayılovun müflisləşməsini təsdiq edən Moskva Arbitraj Məhkəməsinin qərarını martda ləğv edən 10-cu Arbitraj Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayətlərinə baxılmasını gözləmək məqsədilə dinləmələri ertələyib.

Məhkəmə əvvəlki iclasda T.İsmayılovdan kreditorları və borclu olduğu adamların siyahısını, mülkiyyət hüququnu təsdiqləyən sənədlərin surətini və s. sənədləri təqdim etməyi tələb etmişdi.

0
14