Əfqanıstanda polis 8 həmkarını güllələdi

Əfqanıstanda polis 8 həmkarını güllələdi

Əfqanıstan polisi 8 həmkarını güllələyərək öldürüb.

Lent.az-ın abc.news-a istinadən məlumatına görə, hadisə Əfqanıstanın cənubi Zabul əyalətində  baş verib.

Məlumata görə, cinayəti törədən polis dünən günorta saatlarında iki nəfərin yardımı ilə polis məntəqəsinə hücum edib.

Həmkarlarını öldürən şəxs qaçıb gizlənməyi bacarıb. Onun axtarışı davam etdirilir.

Qeyd edək ki, bu ayın əvvəlində Uruzqan əyalətində də  daha iki Əfqan polisi həmkarı tərəfindən öldürülmüşdü.

0
18