Lukaşenko MDB-ni Qarabağla daha fəal məşğul olmağa çağırdı

Lukaşenko MDB-ni Qarabağla daha fəal məşğul olmağa çağırdı

“Danışıqlar aparmaq lazımdır”.

Belarus prezidenti Aleksandr Lukaşenko Dnestryanı, Dağlıq Qarabağ problemləri və birlik üçün digər vacib məsələlərin həlli ilə daha fəal məşğul olmağa çağırıb.

Oxu.Az “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti A.Lukaşenko Minskdə keçirilən MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının  40-cı iclasında nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə deyib.

Bu il Belarus MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 40-cı yubiley iclasını qəbul edir. 

Aleksandr Lukaşenkonun fikrincə, bu, MDB-ni bu gün “əziyyət çəkdiyi” problemləri daha açıq müzakirə etmək üçün imkandır - Dnestryanı da, Dağlıq Qarabağ da, Ukraynadakı vəziyyət.

“Biz onları görməsək, bu xəstəlikləri müalicə eləməsək, onlar daha da dərinə gedəcəklər”, - prezident xəbərdarlıq edib. 

O, MDB ölkələrinin bu və digər aktual məsələlər üzrə dialoq üçün səy göstərməli olduğunu vurğulayıb.

“Danışıqlar aparmaq lazımdır. Heç yerə qaçmayacağıq, hamımız eyni qayıqdayıq. Sahildə də bizi xüsusi kimsə gözləmir. Öz həyatımızı qurmalıyıq”, - Aleksandr Lukaşenko deyib. 

0
20