“Associated Press” Qarabağla bağlı materiala düzəliş edib

“Associated Press” Qarabağla bağlı materiala düzəliş edib

“Associated Press” agentliyinin Vyana bürosu Dağlıq Qarabağla bağlı materiala düzəliş edib. 

Oxu.Az xəbər verir ki, başlıq dəyişdirildikdən sonra material yenidən dərc edilib. 

Düzəliş edilmiş yeni variantda Dağlıq Qarabağın ərazisi 4400 kvadrat km göstərilib. 

Bundan başqa, nəşr materialın başlığında olan “dispute” (mübahisə) ifadəsini çıxarıb.

Xatırladaq ki, daha öncə Azərbaycan XİN-in müraciətində materialda agentlik tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar işlədilmiş “dispute” (mübahisə) ifadəsinin münaqişə ilə əlaqədar tətbiq olunan terminologiyaya zidd olduğu bildirilib.

0
11