“Putin NATO”su Ermənistanda təlimlərə başladı

“Putin NATO”su Ermənistanda təlimlərə başladı

Təlimlərin gedişatını KTMT-in baş katibi Nikolay Bordyuja izləyəcək.

Mayın 24-26-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xüsusi təyinatlı çevik reaksiya qüvvələrinin təlimləri Ermənistanda keçiriləcək.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə KTMT-nin rəsmi saytında məlumat yayılıb.

“Mayın 24-26-da Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xüsusi təyinatlı çevik reaksiya qüvvələrinin “Kobalt-2016” adlı təlimləri keçiriləcək”, - məlumatda deyilir.

Təlimlər “Baqramyan” təlim mərkəzinin bazasında keçiriləcək. Təşkilatın baş katibi Nikolay Bordyuja təlimləri izləyəcək.

0
13