Cənubi Osetiyada altı Rusiya zabiti həlak oldu

Cənubi Osetiyada altı Rusiya zabiti həlak oldu

16 hərbçi xəsarət alıb.

Cənubi Osetiyada Rusiya hərbçilərini daşıyan avtobus Tsxinval-Kançaveti dağ yolunda uçuruma düşüb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, hadisə nəticəsində 6 zabit ölüb, 16-sı isə xəsarət alıb.

Avtomobil karvanının tərkibində hərəkət edən avtobus hərbçiləri təlimlərə aparırdı.

Qəzaya əyləcin sıradan çıxması səbəb olub.

0
14