Leypsiqdə yaşıl və inklüziv nəqliyyat üçün innovasiyalar müzakirə edilir

Leypsiqdə yaşıl və inklüziv nəqliyyat üçün innovasiyalar müzakirə edilir

Azərbaycan nümayəndə heyətinə nəqliyyat naziri Ziya Məmmədov rəhbərlik edir.

Almaniyanın Leypsiq şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Beynəlxalq Nəqliyyat Forumunun üzv ölkələrinin nəqliyyat nazirlərinin açıq iclası başlayıb.

Oxu.Az xəbər verir ki, iclas iştirakçıları - nəqliyyat nazirlərinin müzakirəsi “Keçidi sürətləndirərək: daha yaşıl və inklüziv nəqliyyat üçün innovasiyalar” mövzusu üzrə olacaq.

Tədbirdə “Tesla Mortors”un baş texniki eksperti Ceffri Brayn Ştrobel, “Bombardye transporteyşn” şirkətinin prezidenti Loran Troje və digərləri çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə nəqliyyat naziri Ziya Məmmədov rəhbərlik edir. 

Nümayəndə heyətinin tərkibinə, həmçinin Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Xidmətinin rəisi Elnur Abdullayev, Nəqliyyat Nazirliyinin aparat rəhbəri Cavid Nəcəfov daxildir. 

İƏİT-in Beynəlxalq Nəqliyyat Forumu (International Transport Forum - ITF) 57 üzvə malik hökumətlərarası təşkilatdır. 

0
18