Məmmədyarov və Eyro Dağlıq Qarabağı müzakirə etdilər

Məmmədyarov və Eyro Dağlıq Qarabağı müzakirə etdilər

Fransalı nazir Bakıya dəvət olunub.

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Fransaya işgüzar səfəri çərçivəsində Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşü baş tutub. 

Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Məlumata əsasən, söhbət zamanı tərəflər Vyanada keçirilmiş Ermənistan-Azərbaycan münaqişəsinə dair yüksək səviyyəli görüşün nəticələri haqqında geniş fikir mübadiləsi aparıblar. 

Nazirlər atəşkəs rejiminə əməl edilməsinə dair razılığa hörmət edilməsinin, habelə münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tam bərpa edilməsinin əhəmiyyətini təsdiq ediblər. 

Elmar Məmmədyarov Fransa tərəfinin Vyanada prinsip etibarilə razılaşdırılmış ən qısa zamanda Azərbaycan və Ermənistan Prezidentlərinin növbəti görüşünün təşkil etməyə hazır olmasını alqışlayıb.

Tərəflər həmçinin Azərbaycan və Fransa araında ikitərəfli əlaqələrin gündəliyində olan digər məsələləri müzakirə ediblər.

Fransalı nazir həmkarının Azərbaycana rəsmi səfər etmək dəvətini məmnuniyyətlə qəbul etdi.

0
14