"Bakcell"ə yeni rəhbər təyin edilib

"Bakcell"ə yeni rəhbər təyin edilib

Bekers səlahiyyətlərinin icrasına mayın 1-dən başlayıb.

"Bakcell" MMC-yə yeni rəhbər təyin edilib. Bu, telekommunikasiya bazarında 20 illik iş təcrübəsi olan Nikolay Bekersdir. 

Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumatına görə, bu barədə “Bakcell” şirkətinin keçirdiyi mətbuat konfransında bildirilib.

O, səlahiyyətlərinin icrasına mayın 1-dən başlayıb.

2011-ci aprelin 1-dən “Bakcell”in baş icraçı direktoru vəzifəsini Riçard Şirer tutur.

N.Bekers 2013-cü ilin aprelindən "Telekom Romania Communications S.A" ya rəhbərlik edib.

0
18