İcbari tibbi sığorta bu ilin sonunda pilot layihə kimi tətbiq ediləcək

İcbari tibbi sığorta bu ilin sonunda pilot layihə kimi tətbiq ediləcək

“Azərbaycan modeli bu yaxınlarda ölkə rəhbərliyinə təqdim olunacaq”.

Azərbaycanda icbari tibbi sığortanın bu ilin sonu, 2017-ci ilin əvvəllərində pilot layihə olaraq tətbiq olunması planlaşdırılır. Düşünürəm ki, pilot layihə uzun müddət ərzində həyata keçirilə bilməz. Pilot layihə 6-9 ay ərzində həyata keçiriləcək. Məhz pilot layihənin nəticələrinə uyğun olaraq icbari tibbi sığortanın daha geniş şəkildə tətbiq olunması nəzərdə tutulub.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

O qeyd edib ki, icbari tibbi sığortanın Azərbaycan modeli bu yaxınlarda ölkə rəhbərliyinə təqdim  olunacaq.

“Bununla bağlı sərəncam imzalanmalı, pilot layihənin tətbiqi ediləcəyi rayonlar müəyyən olunmalıdır. 2018-ci ildən etibarən Azərbaycanda icbari tibbi sığortanın daha geniş şəkildə tətbiqi planlaşdırılır”, - deyə Z.Əliyev bildirib.

0
27