Ziya Məmmədov Leypsiqdə latviyalı həmkarı ilə görüşdü

Ziya Məmmədov Leypsiqdə latviyalı həmkarı ilə görüşdü

Tərəflər nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Almaniyanın Leypsiq şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin Beynəlxalq Nəqliyyat Forumunda iştirakı çərçivəsində latviyalı həmkarı Anriys Mattislə görüşüb.

Oxu.Az xəbər verir ki, Azərbaycan-Latviya hökumətlərarası komissiyasının həmsədrləri olan nəqliyyat nazirləri Ziya Məmmədov və Anriys Mattis görüş zamanı ikitərəfli nəqliyyat əlaqələrini, eyni zamanda hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi məsələsini müzakirə ediblər.

Nazirlər yaxın zamanda keçirilməsi planlaşdırılan tədbirin gündəliyi ətrafında müzakirələr aparıblar.

Eyni zamanda nazir Məmmədov və Mattis Latviya və Azərbaycan arasında nəqliyyat sahəsində daşımalar, infrastruktur və bir sıra digər istiqamətlərdə fikir mübadiləsi aparıblar.

0
21