Onurğa sütunu qırılaraq 2 ay yataqda yaşayan ifaçının son halı – FOTO + VİDEO

Onurğa sütunu qırılaraq 2 ay yataqda yaşayan ifaçının son halı – FOTO + VİDEO

O, tamamilə fərqli görünüşü ilə insanların təəccübünə səbəb olub.

Uzun müddətdir ekranlarda görünməyən türkiyəli tanınmış müğənni Güllü “Rəngli səhifələr” proqramına qonaq olub.

Oxu.Az xəbər verir ki, o, tamamilə fərqli görünüşü ilə insanların təəccübünə səbəb olub. 43 yaşlı ifaçı, 6 ayda 43 kilo çəki atdığını söyləyib.

Keçirdiyi yol qəzasından sonra onurğa sütunu qırılaraq ölümdən dönən müğənni, 2 ay yatağa bağlı yaşadığından təxminən 43 kilo verərək 50 kiloya qədər düşdüyünü deyib.

Güllü onun yeni görkəminin pərəstişkarları tərəfindən Muazzez Ersoya bənzədildiyini də sözlərinə əlavə edib.

Xatırladaq ki, Güllü 1990-cı illərdə həmkarı Gürkan ilə səsləndirdiyi “Sana söz verdim” mahnısı ilə böyük populyarlıq qazanıb.

0
23