Bakıda keçiriləcək Şahmat Olimpiadasının baş hakimi bəlli oldu

Bakıda keçiriləcək Şahmat Olimpiadasının baş hakimi bəlli oldu


Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasının baş hakimi müəyyənləşib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ümumdünya Şahmat Olimpiadasının baş hakimi Faiq Həsənov olacaq. Ümumilikdə olimpiada vaxtı 200-ə yaxın hakim partiyalara nəzarət edəcək. Baş hakimin köməkçiləri Anastasiya Sorokina və Mahdi Abdulrahim olacaq.  

FİDE Hakimlər Komissiyasının sədri Takis Nikolopoulos isə turnirin direktoru təyin olunub. 

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq. (Əməliyyat Komitəsinin mətbuat xidməti)

0
26