Nadir Qafarzadə pulsuzluqdan bağ evini satdı

Nadir Qafarzadə pulsuzluqdan bağ evini satdı

Nadir Qafarzadə bağ evini satıb. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Hər şey daxil” verilişində danışıb. O, pulsuzluqdan bu addımı atdığını bildirib: “Maddi problemlərim var idi. Oğullarım xaricdə təhsil alır. Onların təhsil haqqı yüksəkdir, ora ödəniş etməliydim. Mənim üçün önəmli olan övladlarımın təhsilidir. Bundan başqa borcum da var idi. Heç nə olmaz, bu il bağda dincəlmərəm, başqa yerə gedərəm”.


Qeyd edək ki, N.Qafarzadənin iki (Loğman, Əziz ) oğlu var. Hər ikisi xaricdə təhsil alır.

0
50