Neft Fondu 48 milyon dollar satdı

Neft Fondu 48 milyon dollar satdı

Ümumilikdə 50 milyon dollar hərraca çıxarılıb.

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan Oxu.Az-a verilən məlumata görə, bu vəsaitdən 41,4 mln. dollar məbləğində vəsait 7 banka və 7 mln. dollar məbləğində vəsait isə Azərbaycan Mərkəzi Bankına satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

0
26