Azərbaycanlı Rusiyanın ən varlı varisi oldu - 8,9 milyard dollar miras

Azərbaycanlı Rusiyanın ən varlı varisi oldu -  8,9 milyard dollar miras

“Forbes” jurnalı Rusiya milyarderlərinin ən varlı varislərini reytinqini müəyyən edib.

Lent.az avropa.info-ya istinadən xəbər verir ki, “Forbes” hər uşağa 1,2 milyard dollardan aşağı olmamaqla 20 ailədən 47 varisin siyahısını hazırlayıb. “Forbes”un versiyasına görə Rusiyanın ən varlı varisi “Lukoyl”un prezidenti, milyarder Vahid Ələkbərovun oğlu Yusifdir. O, tək övlad kimi 8,9 milyard dollar miras ala bilər. İkinci yer “Avroxim” şirkətinin sahibi Andrey Melniçenkonun 4 yaşlı qızı Tare Melniçenkodur. (8,2 milyard dollarla)

Üçüncü yerdə “Novatek” və “Sibur” şirkətlərinin sahibi Leonid Mixelsonun qızı Viktoriya (1992) və bir yaşlı oğlu gəlir. Onlardan hər birinə 7,2 milyard dollar miras düşür.

0
30