Vaqif Cavadovun keçmiş klubu ikinci diviziona göndərildi

Vaqif Cavadovun keçmiş klubu ikinci diviziona göndərildi

Hollandiyanın “Tvente” klubu ikinci diviziona göndərilib. Apasport.az saytının məlumatına görə, buna səbəb Enshede təmsilçisinin maliyyə maxinasiyalarına yol verməsidi.

Niderland Kral Futbol Federasiyasının saytında yer alan xəbərə görə, 2015-ci ilin dekabrında 3 illik Avrokuboklardan uzaqlaşdırılan və transfer qadağası qoyulan komanda haqqında bu dəfə daha sərt qərar verilib.

Bundan əlavə "qırımızılar" 45250 avro məbləğində də cərimə olunub.

Qeyd edək ki, “Tvente” azərbaycanlı azarkeşlərə yaxşı tanışdı, belə ki, milli komandamızın keçmiş üzvü hazırda “Sumqayıt”da oynayan Vaqif Cavadov bir müddət Enshede təmsilçisinin heyətində çıxış edib.

0
24