Rusiyadan Azərbaycana 70 ədəd mobil telefon keçirtməyə cəhd

Rusiyadan Azərbaycana 70 ədəd mobil telefon keçirtməyə cəhd

Faktla bağlı araşdırma aparılır.

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 70 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) Oxu.Az-a bildirilib.

Belə ki, Moskva-Bakı sərnişin qatarının 3 saylı vaqonunda Rusiyadan Azərbaycana  gələn Azərbaycan vətəndaşının əl çantalarına Xaçmaz Gömrük İdarəsinin Yalama gömrük postunda gömrük baxışı keçirilib. 

Baxış zamanı 3 ədəd əl çantasının alt hissəsindəki xüsusi düzəldilmiş saxlanc yerindən 70 ədəd “Samsung Galaxy Ace 4 Neo” markalı mobil telefonlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ülviyyə R. Əli
www.oxu.az

0
15