ABŞ-ın hərbi təyyarəsi qəzaya düşdü

ABŞ-ın hərbi təyyarəsi qəzaya düşdü

Quam adasında ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, insident B-52 bombardmançı təyyarənin havaya qalxdığı zaman baş verib.

Hərbi-Hava Qüvvələrinun nümayəndələri təyyarənin göyərtəsində 7 ekipaj üzvünün olduğunu və  onların sağ qaldıqlarını bildiriblər.

Hadisənin başvermə səbəbləri və digər təfərrüatları açıqlanmır.

0
25