“Numune” xəstəxanasında güclü yanğın

“Numune” xəstəxanasında güclü yanğın

Ankarada “Numune” tədris və tədqiqat xəstəxanasında güclü yanğın baş verib.

Lent.az-ın “azərtac”-a istinadən məlumatına görə, xəstəxananın “B” bolokunun çardağında şiddətlənən alovun söndürülməsi üçün əraziyə çox sayda yanğınsöndürən cəlb olunub. Yüzdən artıq xəstənin başqa bloklara köçürüldüyü bildirilir.

Hələlik yanığının baş vermə səbəbi açıqlanmır. İlkin məlumata görə, ölən və yaralanan yoxdur.

0
15