Liviyada terror aktı:18 hərbçi öldü

Liviyada terror aktı:18 hərbçi öldü

Liviyada törədilən terror aktı nəticəsində 18 hərbçi ölüb.

APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, insident Sirt şəhəri yaxınlığında qeydə alınıb.

Terrorçu-kamikadze özünü minalanmış avtomobildə partladıb.

Hadisə zamanı Liviyada yeni qurulan Milli Barışıq Hökumətinə sadiq hərbçilərin həlak olduğu bildirilir. Terror aktının İŞİD qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.

0
23